çərşənbə 6 avqust 2025 - 19:16
İsrail etiraf etdi: Hamı bizə qarşıdır

Hövzə/ Sionist rejimin Xarici İşlər Nazirliyinin rəsmiləri görünməmiş bir etirafla bu rejimin beynəlxalq arenada tərəfdarlarının kəskin şəkildə azaldığını bildiriblər. Bu etiraf rejimin mediada görünməmiş təcrid olunmasından qaynaqlanır.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, ivrit dilində olan"Yedioth Ahronoth" qəzetinin hesabatlarına əsasən, sionist rejimin Xarici İşlər Nazirliyi etiraf edib ki, bu cinayətkar rejim yarandığı gündən indiyədək İsrailin mediada bu qədər təcrid olunması misli görünməmiş bir haldır.

Bu rejim əlavə olaraq qeyd edib ki, diplomatik strukturumuz artıq İsrailə qarşı dünya miqyasında aparılan ifşa kampaniyalarını nə neytrallaşdıra, nə də onun öhdəsindən gələ bilir.

Nazirlik açıq şəkildə bildirib ki, əslində elə hiss olunur ki, səfirliklərimiz dünyanın hər yerində təslim olub.

Beynəlxalq müşahidəçilərin sözlərinə görə, İsrailin qlobal mediada zəif mövqeyi xüsusilə də müdafiəsiz qalan Qəzza xalqının amansız qətliamı və onun mühasirəyə alınmasından sonra daha da güclənib.

İsrailin Qəzzaya hava hücumlarına dair dəhşətli görüntülərin, sənədli hesabatların və birbaşa xəbərlərin yayılması beynəlxalq aləmdə geniş qınama dalğasına səbəb olub və sionist rejimi insan haqları pozucusu mövqeyinə salıb.

Bu çərçivədə dörd beynəlxalq xəbər platforması İsrailin hərəkətlərinə qarşı birgə bəyanat hazırlayıb. Bu bəyanatda Qəzza zolağında müstəqil jurnalistlərin narahatedici durumu araşdırılıb və həmin media orqanları bildirib:
“Jurnalistlərimiz əsas ehtiyaclarını belə təmin edə bilmirlər. Onlar aylarla Qəzzada dünyanın gözü və qulağı olublar.”

Mənbə: Avapress

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha